SON DƏQİQƏ

Qarabağ şəhidlərinin əziz xatirəsinə həsr olunmuş turnir keçirildi- FOTOLAR

Tarix:14-02-2022, 12:05

Xəzər rayonu Gənclər və İdman idarəsi, Azərbaycan Kikboksinq Federasiyası və "Vətən" kikboksinq  klubu 13.02.2022-ci il tarixində Şağan Olimpia İdman kompleksində katetlər, yeniyetmələr və gənclər arasında Qarabağ şəhidlərinin əziz xatirəsinə həsr olunmuş turnir keçirildi. Yarışa Bakı şəhəri, Bakı ətrafı kəndlər, Sumqayıt, Abşeron, İmişli, Gəncə, Xaçmaz, Göyçay bölgələrindən ümumilikdə 150 idmançı qatılmışdı. Yarışın açılışından sonra Azərbaycanın Dövlət himninin səsləndirildi, Torpaqlarımızın azadığı uğrunda canını qurban verərək şəhidlik zirvəsinə ucalan şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Kikboksinq Federasiyasının idarə heyyətinin üzvü Həsən Hüseynov, Xəzər rayonu Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, 44 günlük Vətən müharibəsinin şəhidi Əmir Kazımovun atası İlham Kazımov, “XeberTıme.az” informasiya portalının direktoru Yeganə Telmanqızı yarışın  fəxri qonaqları idi. Natiqlər böyüməkdə olan idmançılarımızın yarışlarda mütamadə olaraq iştirakının vacibliyindən söhbət açdılar. Gələcəkdə Dünya, Avropa, Olimpia arenalarında Azərbaycanı təmsil edən idmançıların aşkarlanması üçün   bu cür yarışların keçirilməsinin   vacib olduğunu bildirdilər. Xəzər rayonu Gənclər və İdman idarəsi və "Vətən" kikboksinq  klubu fəxri qonaqları, yarışın hakimlərini Fəxri Fərmanla təltif etdi.                                                                           
Kikboksinq Federasiyasının I Vitse prezidenti, WAKO Dünya çempionu Ramal Aslanov “XeberTıme.az” informasiya portalına bildirdi:                                  

- Bildiyiniz kimi Azərbaycan 44 günlük müharibədə zəfər çaldı. Bu zəfərə bizə yaşadan şəhidlərimizi, qazilərimizi heç zaman unutmamalıyıq. Belə turnirlərin tez-tez keçirilməsi vacibdir ki, şəhidlərimizin əziz xatirəsi hər zaman anılsın. Azərbaycan Kikboksinq Federasiyası olaraq şəhidlərimizi unutmuruq.                                                        
Nəzərinizə çatdırım ki, bu turnirdə qalib gələn idmançılar Azərbaycan yığma komandasının tərkibinə daxil olmağa, eləcədə beynəlxalq turnirlərə qatılmağa bir şans qazanırlar.                                                  

Yola saldığımız 2021-ci ildə Kikboksinq Federasiyasının uğurları çox oldu. Yəqin ki bu uğurların davamı yaxın gələcəkdədə gözlənililir:                      

- Bəli Yeganə xanım bəli 2021-ci il Azərbaycan Kikboksinq tarixində ən uğurlu nəticələri əldə etdik.  Böyüklər arasında 3 qızıl, gənclər arasında 5 qızıl, 5 gümüş, 7 bürünc medal qazanaraq böyük bir tarix yazdıq. May ayında bizi Türkiyədə Dünya Kuboku turniri gözləyir,burada qalib gələn idmançı İslam oyunlarına lisenziya qazanacaq. Artıq kikboksinq idman növü İslam oyunlarına daxil olundu. Noyabr ayında WAKO böyüklər arasında Avropa çempionatı və gənclər arasında Dünya çempionatı, gələn il isə bizi Avropa oyunları gözləyir. Fedarisiyamızın idarə heyətinin sədri, hörmətli millət vəkili, cənab Adil Əliyev və fedarisiyamızın prezidenti Orxan Əliyev idmançılarımıza xüsusi tapşırıqlar verdi ki, qarşıdan gələn möhtəşəm turnirlərə yüksək səviyyədə hazırlaşaq. "Vətən" kikboksinq   klubunun prezidenti Anar Heydərquliyevə bu yarışın keçirilməsi üçün öz təşəkkürümü bildirirəm.       

Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədri, beynəlxalq A kataqoryalı hakim, Aydın Ağabəyov yarış haqqında fikirlərini bizimlə bölüşdü:
                          

- Yarışın baş hakimi kimi demək istəyirəm ki, bu gün ki yarış şəhidlərin əziz xatirəsinə həsr olunub və bu ən gözəl addımlardan biridir. Bizim federasiyamız hər zaman şəhidlərə və onların ailə üzvülərinə dəyər verib. “Vətən” kikboksinq klubunun prezidenti Anar müəllim bu humanist addımı davam etdirərək bu gün bu yarışı təşkil edib. Yarış pandemiyadan sonra təşkil olunan ilk yarışdır, burada bütün pandemiya qaydalarına əməl olunur. Bu mövzuda keçirilən yarışlar yeniyetmələrin, gənclərin daha sağlam ruhda böyüməsinə bir stimuldur. Bu il böyük yarışlarımız çoxdur, çalışacayıq ki, bu yarışlardan üzü ağ çıxaq. Fererasiyamızın çempionları, potensiyallı idmançıları çoxdur. Kikboksinq Federasiyası qeyri- olimpia idman növləri içərisində il ərzində ölkəyə ən çox medal gətirən federasiyaldan biridir. Bizim kifayət qədər Avropa, Dünya çempionlarımız var: Anar Məmmədov, Ramal Aslanov, Məhəmməd İmanov, Emin Hümbətov və digərləri. Yaxşı idmançılarımız çoxdur federasiya dəstək olur, klublarımızda yetişdirir.  
Xatırladaq ki, yarışda 20 hakim iştirak edirdi, yarışın baş hakimi  Aydın Ağabəyov idi, yarışın təşkilatçısı "Vətən" kikboksinq  klubunun prezidenti Anar Heydərquliyev idi. Yarışın informasiya dəstəyi AZƏRTAC informasiya ağentliyinə, “XeberTıme.az” informasiya portalına məxsusdur.                                                     
Sonda I-II-III yer sahibləri diplom, medal və kəmərlə təltif olundular.                 

Şəkillərə görə rejissor və fotoqraf Əbdül İsayevə təşəkkürümüzü bildirirk. 

İdmançılarımıza uğurlar arzulayırıq! 
Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ