SON DƏQİQƏ

İlhamlı Qələbələr” adlı idman festivalımız davam edir

Tarix:16-02-2022, 11:04

Bu dəfə stolüstü tennis turniri keçirilir
44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycan xalqıının öz prezidenti ətrafında necə sıx birləşdiyinin şahidi oldu. Elə bu birliyin nəticəsi olaraq işğal olunmuş torpaqlarımız mənfur düşməndən azad olundu və artıq o torpaqların sahibləri öz dədə-baba yerlərinə qayıtmaq üçün gün sayırlar.
BrendSport.az saytı ordumuzun Vətən müharibəsindəki möhtəşəm qələbəsinə həsr olunmuş qazilər, jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri arasında “İlhamlı Qələbələr” adlı idman festivalı keçirir. Festivalda peyntbol, stolüstü tennis, mini-futbol, güllə atıcılığı, velosiped və şahmat idman növləri üzrə çempionatların keçirilməsi nəzərdə tutulub. Bu günə kimi velosped və futbol turnirləri müvəffəqiyyətlə keçirilib.
Festival çərçivəsində növbəti idman turniri isə fevral ayının 20-də saat 10:30-da Azərbaycan Stolüstü Tennis Federsiyası ilə birgə “Şüa” İdman Kompleksində stolüstü tennis turniri keçiriləcək.

Tədbirin açılışında şəhidlərimizin, eləcə də Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş AZƏRTACın əməkdaşı Məhərrəm İbrahimovun və AzTV-nin əməkdaşı Sirac Abidovun da xatirəsi yad olunacaq. Xatırlatmaq yerinə düşər ki, Məhərrəm İbrahimov bundan əvvəlki stolüstü tennis yarışımızda mükafatçılar sırasında olmuşdur.

Qazilər arasında keçiriləcək turnirdə yalnız qazilər və Vətən müharibəsi iştirakçıları mübarizə aparacaq.
Jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri arasında keçiriləcək yarışda isə xanımlar və bəylər iştirak edə bilər.

Xatırladaq ki, turnirdə hər üç qrupda ilk dörd yeri qazanan iştirakçılara Stolüstü Tennis Federasiyası tərəfindən pul mükafatı və sponsorlardan qiymətli hədiyyələr təqdim olunacaq.
Turnirdə çıxış edən bütün iştirakçılara isə Stolüstü Tennis Federasiyası və BrendSport.az saytı tərəfindən təşəkkürnamələr veriləcək.
Nəzərinizə çatdıraq ki, turnir 1 gün və olimpiya sistemi üzrə (uduzan turniri tərk edir) keçiriləcək.

Qeyd edək ki, tədbir “AL-KAYA Fragrance Company” və “Natural Hali” mağazalar şəbəkəsinin baş sponsorluğu və “Cəngi” Fitnes Spanın, “Həyat Aptek”in, “Etirci”nin, “Suzani Baku Teksitilil”in, “Scallezioni”nin, “AZERÇAY”ın, “Dubrar Suları”nın, “Soel parfüm”ün və “Aycan parfüm”ün sponsorluğu ilə keçirilir.


Xüsusi qeyd: Turnirdə iştirak etmək istəyən qazilərdən Vətən müharibəsində iştirakını təsdiq edən sənəd, jurnalistələrdən xidməti vəsiqə, tanınmış ictimaiyyət nümayəndələrindən isə şəxsiyyəti təsdiq edən sənədləri təqdim etmələri xahiş olunur. İştirakçılara pandemiya qaydalarına uyğun olaraq immun sertrfikatı və ya ən azı 2 dəfə vaksin olununduğunu təsdiq edən COVID-19 pasportu mütləqdi.

Turnirdə iştirak etmək üçün (070) 286 86 29 (whatsapp) nömrəli telefonla əlaqə saxlayıb qeydiyyatdan keçmək olar.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ