Bu gün Space TV-də sevimli teleaparıcı Nuranə Gülərin təqdimatında “Qarabağ Azərbaycandır!” verlişi Vətən müharibəsi qazisi Vüqar İbrahimovun ailəsinin qonağı oldu.
Verlişdə 44 günlük Vətən müharibəsində sücaətlik göstərən Müzəffər Ordunun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsindəki qəhrənmanlağından danışıldı. Köənüllü döyüşçümüz olan qazi Vüqar İbrahimov özünün və döyüş yoldaşlarının keçdiyi şərəfli döyüş yolundan söhbət acdı. Azərbaycanın el sənətini yaşadan saz ifaçısı Elçin Xaliq oğlu gözəl ifaları ilə verlişə daha da rəngarənglik qatdı. Xanəndə Firuz Səxavət məlahətli səsi ilə muğam və təsnif oxudu. Tam səmimi, mehriban keçən görüşdə BDU-nin professoru Qulu Məhərrəmli Zəfər tariximizi qanlarıyla, canlarıyla yazan Vüqar və onun timsalında olan qazilərdən söəhbət açaraq, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızla fəxr etdiyini bildirdi. Verlişin eksperdlərindən biri H.Ərəblinski adına Sumqayıt Dövlət Dram teatırının aktyoru, bir sıra seryallarda rol alaraq tamaşaçı sevgisini qazanan Mətləb Səfərli nadir şəxsiyyət, Azərbaycanın Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimovla bir sinifdə oxumuşdur. O, Polad Həşimovla bağlı məktəb illərindən xoş xatirələr danışdı. Böyüməkdə olan nəslin Vətəni, xalqı, dövlətini sevməsindən söhbət açdı. “XeberTıme.az” informasiya portalının təsisçisi Yeganə Telmanqızı 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşərək qalibiyyətimizi əldə edən ordumuzdan, birlik nümayiş edən xalqımızdan və sağlamlığını vətən yolunda itirən qazi oğullarımızdan danışdı. “Qarabağ Azərbaycandır!” lahiyyəsinin təsisçisi və aparıçısı Nuranə xanıma daima Vətən oğullarını tamaşaçılara tanıdırdığına görə öz təşəkkürünü bildirdi.
Sonda Sumqayıt şəhərində fəaliyyət göstərən “Ləziz Dad” şirniyyat evinin təqdim etdiyi tort kəsildi və xatirə şəkilləri çəkildi.
Yeganə Telmanqızı
“XeberTıme.az”