SON DƏQİQƏ

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vuruldu

Tarix:17-02-2022, 00:47

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həlledici döyüşlərdə qalib gələn Kənan Babayev, Amin Məmmədzadə, Kamil Babayev, Arif Bayramov, Aslan Quliyev, Zaur Qəhrəmanov, Səid Abdullayev, Daniel Xolostenko, Ənvər Babayev, Sərxan Budaqov, Fətəli İsmayılov, Məmməd Quliyev və Səbuhi Əlizadə çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi (75 xal) birinci yeri tutub. İkinci pilləyə “Neftçi” idman klubu (24) yiyələndiyi halda, “üçlüy”ü Daxili İşlər Nazirliyinin idman cəmiyyəti (12) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Fətəli İsmayılov layiq görülüb. Anar Nağdıyevlə Rövşən Qədirov ən yaxşı hakim, Elbrus Rzayev isə ən yaxşı məşqçi adına sahib olub.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ