SON DƏQİQƏ

“Ümid” Xeyriyyə Cəmiyyəti “Yaşama Dəstək” ailəsini ziyarət etdi- FOTOLAR

Tarix:17-02-2022, 01:50

15.02.2022-ci il tarixində “Ümid” Xeyriyyə Cəmiyyəti “Yaşama Dəstək” ailəsini  ziyarət etdi.
“Yaşama Dəstək” ailəsini, burada olan gül balaları bizimlə bərabər 3 Vətən müharibəsi şəhidinin ailə üzvüləri və 2 Vətən qazisi ziyarət etdilər. Şəhid Qubad Əliyevin anası Nigar Əliyeva, şəhid Mahir Xələflinin anası Şəlalə Xələfova, şəhid Namiq Quliyevin atası Natiq Quliyev “Yaşama Dəstək” ailəsinin üzvülərinə və qonaqlara övladları ilə bağlı xoş xatirələrdən danışdılar.               

Tədbirin fəxrli qonağı şair-publisist, prezident təqaütçüsü, “Qafqaz-Media” İctimai Birliyinin sədri Hacı Azadə Taleh şəhid ailələrinə “Xarı Bülbül” fəxri Fərmanı ilə təltif etdi. Vətən qazisi Sənan Həsənova, Pərviz Əsgərzadəyə “İlin Fəal Gənci” diplomunu, “Yaşam Dəstək” İctimai Birliynin sədri  Elgül Hüseynquliyevaya “Xarı Bülbül” diplomunu təqdim etdi.                                                           

“Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova öz təsüratlarını bizimlə bölüşdü:
                    

- Biz bu cür uşaqlara xidmətimizlə məmnunuq. Uşaqlar bizim gələcəyimizdir və biz sevərək bu gün bu ailənin ziyarətinə gəldik. Cəmiyyətimizin bütün üzvüləri belə xeyriyyə tədəbirlərinə qatılmağı sevirlər. Nə xoş bizə ki, bizimlə bərabər bu gün 3 şəhid valdeyni və 2 qazimiz bu ailənin ziyarətindədilər. Biz şəhid ailələri və qazilərlə qürurluyuq.                                     
Tədbirin təşkilatçılığında yaxından köməklik edən Xurşudov Mirazada, Lalə xanıma, Gülşən xanıma, Yeganə xanıma öz təşəkkürümü bildirirəm.                            

“Yaşama Dəstək!” İctimai Birliyinin sədri Elgül Hüseynquliyeva “XeberTıme.az” informasiya portalına müsahibəsində bildirdi:                                                                            
-Yeganə xanım xatırladaq ki, “Yaşama Dəstək” ailəsi artıq 8 ildir fəaliyyət göstərir. Azərbaycanda üç çarəsiz İxtioz, Kəpənək, İmmuna devsit xəsətəliyindən əziyyət çəkən uşaqlara dəstəyik. Bu uşaqların dərmanlarıənı alırıq, əməliyyatlarını həyata keçiririk. Burada 300-dən çox xəstə uşaqlar öz yaşıdları ilə əylənirlər, vaxtlarını səmərəli keçirirlər. Biz hər bir uşağa özəl münasibət göstəririk və onlara xüsusi diqqət, qayğı göstəririk. Burada xidmət edən xanımlar onları vaxtı-vaxtıda çimizdirirlər və dərmanlarını vururlar. Biz artıq böyük və mehriban ailəyik.            
Belə tədbirlər keçiriləndə uşaqlar çox sevinirlər, əylənirlər. Raya xanıma və onun komandasına diqqət və qayğısına görə öz təşəkkürümü bildirirəm.      
Cizgi filiminin personajları panda, kukla, kloun uşaqları xeyli əyləndirdilər. “Ümid” Xeyryyə Cəmiyyətinin rəhbəri Raya xanım uşaqlar üçün süfrə açdı və cəmiyyətin bir sıra üzvüləri, burada çalışan əməkdaşlarla birlikdə  uşaqların yedizdirilməsində köməklik etdilər. Sonra uşaqlar üçün gətirdikləri tortu kəsdilər, uşaqlara hədiyyələr təqdim olundu.  

Sonda “XeberTıme.az” informasiya portalı  və  “Ümid” Xeyriyyə Cəmiyyəti “Yaşam Dəsətək” İctimai Birliynin sədri  Elgül Hüseynquliyevaya və onun müavini Könül Bədəlovaya Təşəkkürnamə təqdim etdilər. Xatirə şəklləri çəkildi.  

Yeganə Telmanqızı               
“XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ