SON DƏQİQƏ

Vətən müharibəsi qazisinin doğum günü qeyd olunub- FOTO

Tarix:17-02-2022, 18:06

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbində qazi Sahil Rauf oğlu Həsənliyə həsr olunan tədbir keçirilib. Eyni zamanda qazinin doğum günü olduğu diqqətə çatdırılıb.
Tədbir iştirakçıları qazimizin şərəfli döyüş yoluna nəzər salıb, onun müharibədə göstərdiyi şücaətlərdən bəhs ediblər.
Qazimiz ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  xəsarət alaraq sol qolunu itirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən S. Həsənli “Fizulinin azadlığı uğrunda”, “Cəbrayılın azadlığı uğrunda,”Qubadlının azadlığı uğrunda”, “Xocavəndin azadlığı üğrunda”, “Döyüşdə göstərdiyi şücaətə görə” medalları ilə təltif olunub. 
Tədbirdə Qarabağa həsr olunan mahnılar səsləndirilib.
Sonda qazimiz məktəbin rəhbərliyinə və tədbir iştirakçılarına doğum günündə ona göstərilən diqqətə görə təşəkkürünü bildirib.
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ