“Həkəri” qəzetinin yeni sayında dərc olunan matreallarla istəkli oxucuları tanış etmək isdəyirik.
“XeberTıme.az” xəbər verir ki, “Həkəri” qəzetinin bu dəfəki, buraxılışının birinci səhifəsində etiyatda olan polkovnik, Qarabağ müharibə iştirakçısı Sücaddin Abdullayevin ictimai siyasi dövlət xadimi ,Mingəçevirin fəxri vətəndaşı polkovnik Bəxtiyar Süleymanlıya həsr olunmuş " Böyük insan, ziyalı, zabit, türk dünyasının ağsaqqallarından biri” adlı analitik yazı dərc edilib.
AYB-nin üzvü, şair-publisist Rauf İlyasoğlunun şəhid Cəfər Məmmədovun xatirəsinə “Şəhid qonşumuz”, “Mirsədi Ağa Mir Ziyəddin oğlu”, Vahid Süleymanovun 80 illik yubleyinə həsr etdiyi “Ömür yolu”, “Laçınlı Əvəz İdris oğlu”, 128 gün komada qalan Vətən müharibəsi şəhidi Tacəddin İsmayılzadənin əziz xatirəsinə “Şəhidlər qürurumuz, and yerimizdir” və “Şəhid Tacəddin İsmayılzadənin ildönümü keçirildi” başlıqlı dolğun yazıları dərc olunub.
Teymur Muskanlı Vüqar Həsənovun yazdığı şəhid Milli Qəhrəman polkovnik Şükür Həımidovun keçdiyi şərəfli döyüş yolundan, Ramizin əmisi oğlu Ruslanın əziz xatirəsinə həsr etdiyi “Ölüm ömrün sonu deyil”, Taryel Eyvazovun , Şunasib Mehdiyevin və Vaqif, Niyaz, Rauf Allahverdiyev qardaşlarının yaxın dostları mərhum “Seyid Kamran Seyid Həşim oğlu Ağamirov” haqqında yazdıqları nekroliq , eləcə də Generl-mayor, milli qəhrəmanımız Polad Həşimovun ömür-gün yoldaşı Ofelya xanımın “Keçən dəfə elə demişdi” başlıqlı məqalələri də maraqlı yazılardandır. Elnur Cəfərovun “Azərkitab”da sərgi-tədbir”, AJB-nin üzvü Yeganə Telmanqızının Vətən müharibəsi şəhidi Namiq Quliyev: “Ana hər şey Vətən üçün”, Şəhid Vüsal Muradovun ailəsi ziyarət olundu, “Kəlbəcər ictimayyətinə ağır itki”, Tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Əli oğlu Bağırovun aşıq Fətullaya həsr etdiyi “Dünyanın əlindən tutan sənətkar...” bir-birindən maraqlı yazarlar dərc olunub. Qarabağ müharibəsi qazisi Hacı Həsən Hüseyni Fiologiya üzrə Fəlsəfə doktoru Verağa Almasovun dini mövzuda yazdıqları “Həzrət Əli (ə) Aşiqi-Nəsimi və Filogiya elmləri doktoru, professor , Zəngəzur-Qubadlı strateji araşdırmalar mərkəzinin direktoru Əliağa Cəfərovun Xanlıqların sonu, yoxsa öz sonunu yaxınlaşdıran xanlıqlar...“Şimali Azərbaycanın Rusiya tərəfindən zəbt edilməsi” adlı analitik təhlili yazıları rəngarəng materiallardandır.
Qəzetin poeziya bölməsində “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlunun, Ülkər Dəryanın, Sabir Məmmədovun, Özbəkistan şairəsi Gülzirə Şaripovanın, İmran Güllübulaqlının, Nəsrəddin Musayevin, Elmira Aslanxalı Turanın, Kifayət Nemetabadlının, əslən Günay Azərbaycanın Əhər şəhərindən olan Əlirza Ənbazın, Südabə İrəvanlının, Tamara Sadığın, Qızbəs Qəbələnin, Solmaz Şirvanlının, Vaqif Yaquboğlunun bir-birindən maraqlı şeirlər yer alıb.
AYB-nin üzvü, yazıçı-publisist Rauf İlyasoğlu yeni nəşrlərdən söhbət açıb: Rafiq Zəbani Cəfərovun “Ölüm Yuxusunun Şairliyi Oyanmış” və “Vilayətnamə" kitabları haqqında, eləcə də Ad günü təbrikləri başsağlıqları dərc olunub.
Xatirladaq ki, “Həkəri” qəzeti 19 ildir işıq üzü görür və respublikada ən cox oxunan qəzetlər sırasındadır .Qəzet 8 səhifədən ibaratdir. Qəzetin baş redaktoru yazıçı-publisist Rauf İlyasoğludur.
Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az”