Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
19.02.2022-ci il tarixində efirə gedən "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi, eyni zamanda sanksiya və despozisiya ilə bağlı fikir mübadiləsi aparılacaq.Mediasiya komersiya münasibətlərinin təhlili. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:
1. Cəlil Mahmudov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
2. Qələndər Muxtarlı - Hüquqmüdafiəçisi.
3. Elçin Həsənov – Mediator.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
“XeberTıme.az”