SON DƏQİQƏ

“Vətənpərvərlik Etüdləri” bu dəfə də Oğuz rayonunda keçirildi- FOTO

Tarix:21-02-2022, 23:12

Ulu Öndərimiz Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” Oğuz rayonunda baş tutdu.Fevral ayının 20-də YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin və millət vəkili Aqiyə Naxçıvanlının  təşkilatçılığı  ilə Ulu Öndərimiz Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş  “Vətənpərvərlik Etüdləri” Oğuz rayonunda baş tutdu. Azərbaycan Rəssamlar İttifaqının üzvləri layihə rəhbəri Elnurə İsgəndərova və etüd rəhbəri Aygün İsgəndərovanın  saytımıza verdikləri məlumata əsasən “Vətənpərvərlik Etüdləri” bir ilk olmaqla yanaşı artıq 5 ildir ki , həyata keçirtdiklərini və bununla da məqsədimiz  bölgələrimizi daha yaxından tanımaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır. Öncə etüd iştirakçıları YAP Oğuz rayon təşkilatının məsul əməkdaşı Mehman Ramazanov,  Milli Məclisin deputatı Aqiyə Naxçıvanlının köməkçisi Səyavuş Hidayətov və bir qrup Oğuz rayon ziyalıları ilə birgə Oğuz  şəhərində   ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsini və Oğuz Şəhidlər Xiyabanını ziyarət etdilər.  
Etüd Xalxal şəlaləsi ətrafında baş tutdu. Rəssamlar əsrarəngiz təbiət mənzərələrindən ilhamlanaraq bir-birindən gözəl rəsm əsərləri yaratdılar.
Və rəssamlar diplomlarla təltif olundular. 
Dilbər güşələrimizdən olan Oğuzun özünəməxsus mətbəxi hər zaman fərqliliyi ilə seçilən Oğuz Hotel istirahət mərkəzində yüksək səviyyədə qonaqpərvərliklə etüd iştirakçılarına təqdim edildi. Xatırladaq ki, layihə rəhbəri Elnurə İsgəndərovanın bildirdiyinə görə ulu öndərimiz Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” il boyu davam edəcək və sonda YAP-ın Yasamal rayon təşkilatında sərgilənəcək.
 
XeberTıme.az
Xüsusi müxbir: Aygün Oqtay



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ