SON DƏQİQƏ

Qəhrəmanları yaşadan qəhrəmanlardır+ FOTOLAR

Tarix:22-02-2022, 00:43

Təhsildə  İnkişaf və innovasiyalar üzrə V Qrant  müsabiqəsinin  fərdi  kateqoriya  üzrə  qalib  layihələrindən biri də “Qəhrəmanları yaşadan qəhrəmanlardır” layihəsidir.
Layihə  rəhbəri   İsmayılova Afaq  Mülki qızı R. Quliyev adına Kürdəmir şəhər 5 №li tam orta  məktəbin təsviri incəsənət müəllimidir.                                                          
- Təsviri  incəsənət müəllimi olduğum üçün həmişə yeniliklərə can atıram, ikinci dəfədirki layihə  layihə qalibiyəm, keçən il IV Qrant müsabiqəsində yazdığım layihəni uğurla icra  etdim. Təhsil  Nazirliyinin şəffaflığı nəticəsində ölkəmizdə bir-birindən maraqlı layihələr icra olunur. İdeyamın həyata keçirilməsində mənə belə bir fürsət yaratdığı üçün Təhsil Nazirliyinə öz minnətdarlığımı bildirirəm. Bu layihənin məqsədi şagirdlərin estetik tərbiyəsi ilə vətənpərvərlik tərbiyəsinin həyata keçirilməsində hərtərəfli və ahəngdar şəxsiyyət formalaşması nəticəsində şəhid qəhrəmanlarımızı şagirdlərə tanıtmaq. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran və layihənin nəhayətində dayanan məqsədlərdən biridir. Bu məqsədə çatmaq üçün “Qəhrəmanları yaşadan qəhrəmanlardır” layihəsi aşağıdakı vəzifələri öhdəsinə götürür.                                                        
Şagirdlərimizə Kürdəmir rayonundan olan şəhid qəhrəmanlarımızı tanıtmaqla yanaşı onların əqli və estetik inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmək üçün plastilinlə şəhidlərin xatirəsinə relyef yapma nümunələri üzərində işləmək. Bütün dünyada həkimlər və pediatrlar təsdiq edirlər ki, plastilin boş əyləncə deyil, həmdə faydalı, özünəməxsus masajordur, uşaqların həm yaradıcılıq potensialının həmdə bütün orqanizmlərinin inkişafına müsbət təsir edir. Motorik bacarıqları inkişaf etdirib əzələləri gücləndirmək, uşaqlar plastilinlə şəhid qəhrəmanlarımızın berelyefini hazırlayarkən barmaq uclarındakı kiçik əzələlərin güclənib inkişaf etməsinə, yardımçı olar.  Plastilinlə şəhid qəhrəmanlarımızın obrazını barelyefini hazırlayan şagirdlərin əl- göz koordinasiyası formalaşar, qavrama bacarıqları artir, həmdə rayonumuzdan olan şəhidlərin keçdiyi həyat yolunu öyrənir onları yaxından tanıyır. Plastilinlə şəhid qəhrəmanların barelyefini hazırlayan şagirdlərdə ətraf aləmə şəhidlərimizə, onların ailələrinə, şəhid övladlarına düzgün münasibət, yüksək əhval –ruhiyyə, mübarizlik, düzgün obyektiv- siyasi-ictimai mövqe tərbiyə olunur. Düzəltdiyi relyef yapma sayəsində şagirdlərin nələr hiss etdiyini, nələr istədiyi haqqda bilgilər alına bilər, yaradıcılığının fərqinə vardıqda, yəni fikrindəki formanı düzəltməyə çalışarkən istədiyi nəticəni aldıqda özlərini xoşbəxt hiss edirlər. Layihənin icrasına sentyabr ayının 15 dən başlayıb. Oktyabr ayının ilk həftəsindən həftədə bir dəfə olmaqla hər şənbə günü eyni vaxtda  həm canlı  Kürdəmir rayon Heydər Əliyev Mərkəzində həmdə onlayn olaraq təlimlər keçirdik. Layihənin eksperti Kürdəmir rayon Təhsil Şöbəsindən Osmanov Mehman müəllim, ekspert  heykəltəraş Rəssamlar  İttifaqının üzvü Mirzəliyev Tamerlan müəllim. Layihədə Kürdəmir məktəblərindən 40 şagird  iştirak edirdi onlar layihənin yekununda öz relyef kompozisiyalarını sərgilədilər.. 
Bu gün V Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən layihə əsasında hazırlanmış “Qəhrəmanları yaşadan qəhrəmanlardır” kitabının təqdimatı keçirildi. Tədbirdə Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov, AMEA  Nizami  Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin müdiri Filologiya üzrə fəlsəfə  doktoru Yaqut  Bahadur qızı Əşrəfova, şəhid anaları və ataları, Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru  Seyidova Dürriyyə xanım, şəhər 1 saylı məktəbin təsviri incəsənət müəllimi Rəmziyyə müəllimə və şagirdləri,  Bağman məktəbinin Təsviri incəsənət müəllimi Aynur müəllimə və şagirdləri, Carlı  kənd tam orta məktəbinin müəllimi Aytac Abdullayeva və şagirdləri Xırdapay məktəbindən  Nuranə  müəllimə və şagirdləri, Atakişili məktəbindən 2 şagird, Qarabucaq məktəbi, şəhər 2 saylı məktəbin şagirdləri şəhər 3 saylı məktəbin şagirdləri, Q.Sadıqov adına məktəb, Kürdəmir şəhər 5 saylı məktəbin şagirdləri iştirak edirdi. 100 nüsxə çap olunmuş kitab şəhid analarına və layihədə iştirak edən bütün iştirakçılara təqdim edildi. Kiçik məktəbli qəhrəmanlarımız hazırladığı Baralyeflərini şəhid qəhrəmanlarımızın analarına hədiyyə edərkən özlərini çox xoşbəxt hiss edirdilər. Layihə rəhbəri olaraq mən məqsədimə nail oldum. Düşünürəm ki, bu lahiyə Kürdəmir məktəblilərində yeni nailiyyətlərə səbəb olacaq mükəmməl şəkildə vətənpərvər şəxsiyyət  yetişdirilməsinə nail olacağıq.                          


Xatırladım ki, düyü və muncuqlardan hazırladığım əl işlərim ilk dəfə sərgiləndi. 

                                                 
Afaq  İsmayılova
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ