SON DƏQİQƏ

“Milli mənliyimizin təməl daşı” adlı məktəblər arası bilik yarışı keçirilib- FOTO

Tarix:22-02-2022, 01:00

Fevralın 21-də Beynəlxalq Ana dili günü ilə əlaqədar məktəblər arası bilik yarışması təşkil edilibSumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan S.Vurğun adına Mərkəzi kitabxana tərəfindən 21 Fevral Beynəlxalq Ana dili günü ilə əlaqədar “Milli mənliyimizin təməl daşı” adlı məktəblər arası bilik yarışı keçirilib. Yarışda “İdrak” Liseyi, M.Əsədov adına İTİT Gimnaziya, 3, 5, 16 nömrəli və 26 nömrəli məktəb  iştirak ediblər.
Bilik yarışması Mərkəzi kitabxana tərəfindən tərtib olunan suallar əsasında keçirilib. Sualların düzgün cavablandırılması münsiflər heyyəti tərəfindən qiymətləndirilib.
3 mərhələdən ibarət olan yarışmanın nəticələrinə görə 1-ci yeri 5 nömrəli məktəbin, 2-ci yeri 26 nömrəli məktəbin, 3-cü yeri 16 nömrəli məktəbin komandaları qazanıblar. Qaliblərə hədiyyələr təqdim edilib.

“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ