Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin nəzəriyyə şöbəsinin müəllimləri Könül Qəniyeva və Züleyxa Ağalarova seminar keçirib.
Seminarda K.Qəniyeva klassik musiqinin xronologiyası mövzusunda barokko dövrünün bəstəkarları-F.Hendel və İ.S.Baxın həyat və yaradıcılıq yolundan geniş söhbət açıb. Züleyxa Ağalarovanın ifasında isə barokko dövrünün bəstəkarlarının əsərləri təqdim edilib.
“XeberTıme.az” 

