SON DƏQİQƏ

Qəhrəmanlar unudulmur!

Tarix:23-02-2022, 10:22

Fevralın 22-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xəlifəli kənd kitabxana filialının kollektivi Vətən müharibəsi şəhidi Zaur Eldar oğlu Əliyevin ailəsini ziyarət edib. Vətən müharibəsi başladığı ilk gündən döyüşlərə qatılan şəhidimiz Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə şücaətlə vuruşub və oktyabrın 14-də Ağdərə rayonu uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.
Z.Əliyev Şəki şəhərində yerləşən şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif olunub. Şuşa rayon MKS-nin Xəlifəli kənd kitabxana filialının kollektivi tərəfindən şəhid ailəsinə maddi-mənəvi dəstək göstərilib. 
Allah şəhidlərimizə rəhmət eləsin!
“XeberTıme.az” 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ