SON DƏQİQƏ

"Zəfəri Qazananların Portretini Yarat " layihəsinın iştirakçıları general-mayor Polad Həşimovun anası Səmayə xanımla görüşdülər-FOTO

Tarix:23-02-2022, 22:23

Canını vətənə fəda verən General-mayor Polad Həşimov hər birimizin qəlbində əbədi  heykəl qurdu.                                                       
Fevral ayının 22 - si Elnurə və Aygün İsgəndərovaların "Zəfəri  Qazananların Portretini Yarat " layihəsi çərçivəsində Azərbaycanın  döyünən ürəyi əziz  generalımız Polad Həşimovun anası  Səmayə ana və qardaşı İlham Həşimovla görüşdülər. Layihədə  ADPU - nun nəzdində ADPK - nin və ADRA-nın nəzdində olan İncəsənət Kollecinin müəlliməsi Rəsmiyyə Mahmudova və 17 tələbəsi ilə birlikdə, rəssamlar Arzu Məmişova , Tamerlan Məmmədov iştirak edirdilər. Görüşdə general Polad Həşimovun  uşaqlığından , ömrünü həsr etdiyi vətənə şərəfli xidmətindən söhbət açıldı.  Layihə əsasında Rəssam Fərdanə Həsənzadənin , Arzu Məmişovanın qrafika janrında və Rəsmiyyə Mahmudovanın tələbəsi Səlma Məmmədovanın pastel karandaşlarla işlədikləri portretləri hədiyyə etdilər. Sonda xatirə fotoları çəkildi.
 
XeberTıme.az
Xüsusi müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ