SON DƏQİQƏ

Xocavənddə kütləvi məzarlıq aşkarlandı

Tarix:24-02-2022, 19:56

Xarici və yerli KİV nümayəndələri Xocavəndin Edilli kəndində aşkarlanan məzarlığa baxış keçiriblər.
XeberTıme.az xəbər verir ki, məzarlıq haqqında məlumat verən Şəmsi Şıxəliyev bildirib ki, 1993-cü il avqustun 28-də ermənilər onu girov götürüb.
 
Həmin vaxt həkim işləyən və Füzulidə yaşayan ailəsinin yanına əşyaları çıxarmağa köməyə gəldiyi zaman erməni hərbiçilər tərəfindən girov götürülüb. 48 gün bu kənddə girov qalıb və həmin müddətdə Füzulinin kəndlərində gedən döyüşlərdə ölən Azərbaycan hərbiçilərinin "KamAz" markalı maşınla daşınıb gətirildiyini, bu kəndin ərazisində kütləvi şəkildə traktorla qazılan quyulara töküldüyünü qeyd edib.
 
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu Şəmsi Şıxəliyevin iddiaları əsasında buraya baxış keçirib və kütləvi insan skeletlərinin olduğu müəyyən olunub.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ