SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:24-02-2022, 21:11

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
26.02.2022-ci il tarixində  efirə gedən "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 və 113-ci maddəsini əhatə edən “Sülh və insanlıq əleyhinə olan cinayətlər” mövzusu ilə bağlı fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                             
1. Jalə Abışova- Hüquqmüdafiəçisi.                           
 

2. Qələndər Muxtarlı - Hüquqmüdafiəçisi.                                                                                      

3. Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
 

4. Bulud Yusifov- Mediator, hüquqşünas.                                                                                                              

Verlişin informasiya dəstəyi “XeberTıme.az”“dünyatv.az” sayıtlarına məxsusdur.

 Yeganə Telmanqızı 
 “XeberTıme
.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ