Bakı şəhərinin Nərimanov rayonu ərazisində inşa olunan ikimərtəbəli binada çökmə baş verib.
XeberTıme.az xəbər verir ki, tikilməkdə olan binanın bir hissəsi qəfil çöküb.
Təhlükəsizliyi təmin etmək üçün ərazi xüsusi lentlə mühafizəyə alınıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilib. Məlum olub ki, ərazidə ''City Garden'' şirkəti tərəfindən tikinti işləri aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş 4 nəfərin müxtəlif dərəcəli xəsarət alması müəyyən edilib.
''City Garden'' şirkətinin direktoru İbrahim Dostumalıyev isə iddia edib ki, hadisəyə səbəb podratçı şirkətin ehtiyatsızlığıdır.
Qeyd edək ki, faktla bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılır.
“XeberTıme.az”