SON DƏQİQƏ

Şəhid olmuş hərbi qulluqçulara ödənilən pul təminatı və sosial təminat haqqında MƏLUMAT.

Tarix:17-12-2020, 14:13

“XeberTıme.az”  xəbər verir ki, şəhid olmuş hərbi qulluqçulara ödənilən pul təminatı və sosial təminat haqqında məlumatı sizin nəzərinizə çatdırırıq.                                                                             
1-Zabit, Gizir və MAHHXHQ-larına ödənilən pul təminatı:
-Şəhid olduğu ayın pul təminatı tam həcmdə.
-Şəhid olduğu ilin tam aylarına uyğun olaraq birdəfəlik pul mükafatı.
SOSİAL TƏMİNAT 
-Sığorta pulu (11000) manat-Azərsığorta Dövlət Kommersiya Şirkəti tərəfindən ödənilir.
-Dəfn mərasiminin keçirilməsi üçün müavinət (3000) manat-Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti tərəfindən.
-Pensiya təminatı-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi məbləğində. Pensiya alan 1-nəfər olduqda 80 faizi məbləğində ( DSMF tərəfindən ödənilir ).
-Şəhid Ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü-hər şəhid Ailəsinə hər Şəhidə görə ayda 300-manat məbləğində ( Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ) ödənilir.
-16 yaşadək ( ümumtəhsil müəssələrində əyani təhsil alanlar üçün 18 yaşadək ) uşaqları müavinət 21 manat-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.
2-Əsgərlərə ödənilən pul təminatı.
SOSİAL TƏMİNAT.
-Sığorta pulu ( 11000 ) manat- Azərsığorta Dövlət Kommersiya Şirkəti tərəfindən ödənilir.
-Dəfn mərasiminin keçirilməsi üçün müavinət ( 3000 ) - Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti tərəfindən.
- Əmək qabiliyyəti olmayan Ailə üzvlərinin hər birinə sosial müavinət 80-manat - Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ödənilir.
-Şəhid Ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü - hər Şəhid Ailəsinə hər Şəhidə görə ayda 300 manat məbləğində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ödənilir ).
-16 yaşadək ( ümumtəhsil müəssələrində əyani təhsil alanlar üçün 18 yaşadək ) uşaqları müavinət 21 manat-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir/


“XeberTıme.az”  
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ