SON DƏQİQƏ

Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib.

Tarix:25-02-2022, 23:53

Əlibaba Məmmədov dünyasını dəyişdi

XeberTıme.az   xəbər verir ki, bu barədə məlumat "Qafqazinfo"ya daxil olub.Qeyd edək ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.
Xalq artisti "İnandır məni", "Yaşa hələ", "Sən gərək güləsən", "Səni gözlər" kimi məşhur mahnıları səsləndirib.
1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq artisti fəxri adlarını alıb.


Allah rəhmət eləsin!

“XeberTıme.az” 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ