Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Mədəniyyət evində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Xocalı soyqırımı-qan yaddaşımız” adlı anım tədbiri keçirilib.
XeberTıme.az xəbər verir ki, Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikən sonra Zəngilan rayon Nümayəndəliyinin baş məsləhətşisi Mehman Nəsirov çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük vətən müharibəsində şəhidlərimizin qanının yerdə qalmadığını, Xocalı qurbanlarının qisasınının alındığını və Qarabağın düşmən tapdağından azad edildiyini bildirib.
Tədbirdə Zəngilan rayon 21 nömrəli tam orta məktəbin hazırladığı kompozisiya, faciənin dəhşətlərini özündə əks etdirən qısa metrajlı film və məktəb şagirdlərinin çəkdiyi rəsmlərdən ibarət sərgi nümayiş olunub.
“XeberTıme.az”