SON DƏQİQƏ

Azərbaycan tibb elminə böyük itki baş vermişdir...

Tarix:17-12-2020, 14:26

Azərbaycanın ilk qadın pediatr alimi 94 yaşında haqq dünyasına qovuşdu.
Ağdamın simvollarından biri, ziyalımız, AMEA-nın həqiqi üzvü, "Şərəf" və "Şöhrət" ordenli, dünya şöhrətli alim, Azərbaycanın yeganə Akademik Qadını eyni zamanda qohumum Ədilə xanım Namazova vəfat etmişdir. 
Ədilə Namazova 9 sentyabr 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır. Çalışdığı sahədə Azərbaycanın adını yüksəklərə qaldıran ziyali idi.
Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü olmuşdur.
Mükafatları:
"Azərbaycan SSR əməkdar elm xadimi " fəxri adı — 1981 Azərbaycan SSR əməkdar həkimi — 1982 "Azərbaycan SSR dövlət mükafatı" fəxri adı — 1982 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı" fəxri adı — 1970 "Sağlamlığın qorunmasında fərqlənmə görə medalı" — 1979 "ÜİLKGİ Mərkəzi Komitəsinin "Fəxri Fərmanı" — 1945 "Səhiyyə əlaçısı — 1975 "Şöhrət" ordeni — 14 sentyabr 1996 ""Şərəf" ordeni — 2011 "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2016 "Akademik.M.Topçibaşov mükafatı laureatı və medalı — 2005 " Azərbaycan Milli Elmlər Akademiyasının "Akademik Miəsədulla Mirqasımov mükafatı" — 2016 "Rusiya Pediatrlar İttifaqının "Akademik G.Speranski Medalı" — 2016 "Moskvanın və bütün Rusiyanın Patriarxının "Müqəddəs Çar Dimitri" ordeni — 2007
Tədqiqat sahələri:
Uşaq xəstəliklərinin öyrənilməsilarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin öyrənilməsi;Uşaqlarda ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərini öyrənilməsi, ürək üzərində cərrahi əməliyyata-korreksiyaya göstəriş və əks göstəriş müəyyənləşdirilməsi;İlk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə (20 il) nəticələrinin qiymətləndirilməsi;Hipertoniya və hipotoniya xəstəlikləri uşaq və yeniyetmə yaşlarından başlayaraq insanın həyatı boyu bu və ya digər kəskinlikdə davam etdiyinin dünyada ilk dəfə olaraq sübut edilməsi;İlk dəfə olaraq hipertoniya və hipotoniya xəstəliklərinin uşaqlarda və yeniyetmələrdə təsnifatı

 
Allah rəhmət eləsin. Ruhun şad olsun!
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ