"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-15:50-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.
26.02.2022-ci il tarixində efirə gedən "Qanun və İcra" verlişində əvvəlcə şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükütla yad edildi.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 və 113-ci maddəsini əhatə edən “Sülh və insanlıq əleyhinə olan cinayətlər” mövzusu ilə bağlı fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:
1. Jalə Abışova- Hüquqmüdafiəçisi.
2. Qələndər Muxtarlı - Hüquqmüdafiəçisi.
3. Bulud Yusifov- Mediator, hüquqşünas.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az”