SON DƏQİQƏ

Şəhidlər qəlbimizdə yaşayırlar

Tarix:27-02-2022, 00:08

Əslən Gürcüstanın Marneulini rayonunun  Qaçağan kəndindən olan  Silahli Qüvvələrimizin Qəhrəman Könüllü Gənc əsgərimiz, Şəhidimiz Məhərrəmov Orxan Binət oglu 25.08.1994-cü ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Ailədə 2 uşaq böyüyürdü. Evin kiçik övladı olan Orxan 2001-2010-cu illərdə Sumqayıt şəhər 28- saylı tam orta məktəbdə doqquz illik təhsil alır. 
2012-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsindən  həqiqi hərbi xidmətə yola düşür. Gədəbəy rayonu İvanovka kəndində yerləşən N saylı hərbi hissədə xidmətə başlayır. 2014-cü ilin aprel ayında həqiqi hərbi xidmətini başa vuraraq böyüyüb  boya-başa çatdığı Sumqayıt şəhərinə qayıdır və əmək fəaliyyətinə başlayır. 21.09.2020-ci il tarixində etiyatda olan əsgər Orxan  Məhərrəmov Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsindən çağırılır və bir müddət təlim keçir.    
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərkibində vətənimizi qoruaraq  Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılır.  Orxan Məhərrəmov Füzuli, Suqovuşan, Cəbrayıl uğrunda gedən döyüşlərdə şücaətlə vuruşur. 08.10.2020-ci il tarixində Xocavənd uğrunda gedən ağır döyüşlərdə qəhrəmançasına vuruşaraq  şəhidlik zirvəsinə ucalır. 
Orxan Məhərrəmov minlərlə insanın,  Sumqayıt şəhər icra hakimiyyəti  nümayəndələrinin, şəhidin döyüşçü yoldaşlarının, ailə üzvülərinin, yaxınlarının müşayəti ilə  böyük ehtiramla Sumqayıt şəhər Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır.
Ali Baş Komandanımız Prezidentimiz cənab İlham Əliyevin Sərəncamına əsasən  Məhərrəmov Orxan Binət oglu ölümündən sonra  “Vətən uğrunda”, “Füzulinin Cəbrayilin Xocəvəndin  azad olunmasına görə” medalları ilə təltif etmişdir.

Mübarizlər, Fəridlər 2013 Orxanlar qrupunun fəal üzvü şairə Rasimə Könül şəhid Orxan Məhərrəmovun əziz xatirəsinə şeir həsr etmişdir;  

Gözəl Sumqayıtın igid balası.
Vətən savaşının şahidi Orxan.
Dedi:-Basılmasın vətən qalası!
Oldu vətənimin şəhidi Orxan.

Vətən savaşına könüllü getdi.
Fizuli, Cəbrayıl,
Xocavənd keçdi.
Vətənə sədaqət andını içdi.
Oldu Vətəninin şəhidi Orxan.

Vətən qalasıdır qəhrəmanların.
Vətən beşiyidir mərd insanların.
Uğrunda verdilər igid canların.
Oldu vətənimin  Şəhidi Orxan.

Qarabağ yuyundu şəhid qanından.
Qurtardı yurdlarım
Yad işğalından.
Vətənçün iğidlər keçdi canından.
Oldu Vətənimin şəhidi Orxan!

Məkanı cənnət olsun şəhidimizin.

Qəlbində yaşadır dostu Əziz də.
Şəhidlər anılır hər kəlməmizdə.
Şəhidlər yaşayır ürəyimizdə.
Yaşayır vətənin şəhidi Orxan!

Orxanın uşaqlıq dostu  Əziz Əzizovun dostu haqqında kövrək xatirələrini də oxucularla bölüşürük; 

- Mən Əziz Vidadi oğlu Əzizov  8 ildir ki, 2 Milli Qəhrəman Mübariz İbrahimov  və Fərid Əhmədov səhifəsinin təsiscisi, Mübarizlər, Fəridlər, Orxanlar qrupunun rəhbəriyəm .
Şəhidlərimizi təbliğ edib tanıdıram. Haqqinda söhbət açdığımız şəhid qəhrəman, igid döyüşçü 
Orxan uşaqlıqdan vətənpərvər, mərd, dostluqda sadiq oğul idi.
Bir -birimizə hər zaman dərdimizi deyərdik, demək olardı ki, günümüzün yarısını bir yerdə keçirirdik.
Dostum Orxan haqqinda indi danışmaq mənim üçün  çox çətindir.
Orxan  dərslərini yaxşı oxuyurdu, dostcan idi, pis gündə, yaxşı gündə bir yerdəyik, derdləşərdik. Həmişə söhbətlərimiz əsnasında Qarabağımızdan ,  qanlı 20 Yanvardan,  Xocalı müsibətindən danışırdıq.  Deyərdi ki, bu düşmənlərin kökünü kəsməliyik, işğalçılara  qan uddurmalıyıq ,
onlardan  ata -analarimızın bacı qardaslarımızın, körpə balalarımızın qisasını almalıyıq .
O gün gələcək demişdi  və həmin gün gəldi .Orxan 
2020 - ci il sentyabrin 27- də başlanan Vətən nüharibəsinə könüllü olaraq qatılır. Qəhrəmanlıqla döyüşür. Müqəddəs Ali Məqam olan  Şəhidlik zirvəsinə ucalır. Bu gün hamımız şəhidimiz Orxanimizla fəxr edirik .
Şəhidlərimizə unutmaq olmaz unutdurmayaciq! Biz bu gûn bu dunyada yaşayırıqsa şəhidlərimizə, qazılərimizlə, qorxmaz ordumuza, belə oğulları dünyaya gətirən qəhrəman atalarımıza analarımıza borcluyuq .
Şəhidimin bizlərə əmanəti Nəzaket anam Jalə bacım. Hər zaman yanınızdayam, son nəfəsimə kimi əmanəti əmanətimdi. 
Allahdan cəmi şəhidlərimizə rəhmət, qazilərımızin şəfa  diləyirik.
Orxan kimi igid oğulları unutmayan dostlarına, şəhidlərimizi vəsf edən  qələm dostlarıma və ən nəhayət şəhidləri dünyaya gətirən valideynlərimizə səbr diləyir, can sağlığı arzulayırıq.

Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ