SON DƏQİQƏ

Bülbül adına uşaq incəsənət məktəbində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım günü keçirilib- FOTO

Tarix:27-02-2022, 15:46

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına uşaq incəsənət məktəbində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım günü keçirilib. Tədbir iştirakçıları Xocalı dəhşətlərini təsvir edən rəsm sərgisi ilə tanış olublar. Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin müəllimləri Soyqırım haqqında geniş məlumat veriblər. Sonra məktəbin şagirdləri Şahsuvarlı Nuray "Amin" mahnısını, Mikayılova Fidan "Ananın səsi" mahnısını ifa edib, Soyqırıma həsr olunan şeirlər səsləndiriblər.
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ