SON DƏQİQƏ

"Qəbələ" "Sumqayıt"qarşılaşması: 4:0

Tarix:27-02-2022, 23:10

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
XeberTıme.az  BAKU.WS istinadən xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Qəbələ"ni qəbul edib.
Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə bitib. "Qırmızı-qaralar"ın qollarını 2-ci dəqiqədə Rafael Utriq, 39-cu dəqiqədə Ruan Renato, 41-ci dəqiqədə Rövlan Muradov, 68-ci dəqiqədə isə Murad Musayev vurub.
Xallarının sayını 32-yə çatdıran "Qəbələ" ikinci pillədəki mövqeyini qoruyub. "Gənclik şəhəri" təmsilçisi isə 13 xalla 7-ci yerdədir.
Qeyd edək ki, günün ilk görüşündə "Neftçi" səfərdə "Sabah"ı 1:0 hesabı ilə yenib. Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ