SON DƏQİQƏ

Gənclər və idman naziri Fərid Qayıbov İctimai Şuranın üzvləri ilə ikinci dəfə toplantı keçirib

Tarix:28-02-2022, 00:36

Gənclər və idman naziri Fərid Qayıbov fevralın 24-də İctimai Şuranın üzvləri ilə ikinci dəfə toplantı keçirib. 
Toplantıda cari məsələlər və gələcək fəaliyyət üzrə əsas istiqamətlər müzakirə olunub. İclas obyektiv və tam demokratik şəraitdə keçirilib. Qeyd etmək lazımdır ki, Gənclər və İdman Nazirliyində həyata keçirilən əsaslı struktur dəyişiklikləri İctimai Şuranın üzvləri tərəfindən müsbət qarşılanıb və yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu dəyişikliklər nazirliyin fəaliyyətinin bundan sonra daha şəffaf, qəbul edilən qərarların daha ədalətli olacağına zəmin yaradıb.
Fərid Qayıbov nazirliyin fəaliyyəti ilə bağlı bütün mövcud problemlər barədə də İctimai Şura üzvləri ilə konstruktiv müzakirələr aparıb. Bu gün gündəmdə olan məsələlərdən biri də əlbəttə ki, idman federasiyalarının qismən özünümaliyyələşdirmə imkanlarının artırılması ilə bağlıdır. Düşünürəm ki, bundan sonra Gənclər və İdman Nazirliyi federasiyaların biznes fəaliyyətilə məşğul olması, sponsorların cəlb olunması və digər istiqamətlərdə idman qurumlarına daha yaxından dəstək verəcək. Öz növbəsində idman federasiyaları da Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü cənclər və idman siyasətinin həyata keçirilməsində daha effektiv şəkildə iştirak edəcək və bundan sonra da ölkəmizin, xalqımızın xidmətində duran daha vətənpərvər gənclərin formalaşması prosesinə böyük töhfələr verəklər.
Xüsusi olaraq bir məqamı qeyd etmək istəyirəm ki, Azərbaycan Qol Güləşi Federasiyası bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti birmənalı şəkildə dəstəkləyir. Düşünürəm ki, bu siyasət və dövlət başçımızın bu istiqamətdə atdığı bütün addımlar tamamilə Azərbaycanın milli maraqlarına uyğundur. Əminəm ki, mövcud beynəlxalq vəziyyətdə Ulu Öndər Heydər Əliyev də məhz eyni müdrik siyasəti həyata keçirərdi.
Allah hər zaman Vətənimizi, xalqımızı və dövlətimizi qorusun!
Hər bir Azərbaycan vətəndaşı hər zaman vahid Azərbaycan naminə çalışsın!

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti,
Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ