XeberTıme.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd uşaq musiqi məktəbində Xocalı soyqırımının 30 illiyinə həsr olunan “Xocalı qan yaddaşımız” adı altında tədbir keçirilib. Vətən müharibəsi qazisi və Xocalı sakini olan Nailə Quliyevanında dəvət aldığı tədbirdə müəllim və şagirdlərin ifasında səhnəciklər göstərilib, şeirlər səsləndirilib və mahnılar ifa olunub.
“XeberTıme.az”





