Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
05.03.2022-ci il tarixində efirə gedən "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114 və 116-cı maddələrini əhatə edən “Qüsurlu uşaqların təhsil alması” mövzusu ilə bağlı fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:
1. Qeys Musayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
2. Jalə Abışova- Hüquqmüdafiəçisi.
3. Ülkər İsmayılova - Hüquqmüdafiəçisi.
4. Xanım Qurbanov- Hüquqmüdafiəçisi.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
“XeberTıme.az”