Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir.
XeberTıme.az xəbər verir ki, səfər bu gün- martın 5-də baş tutacaq.
M.Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.
"Prezident İlham Əliyev bizi qəbul edəcək. Bakıda müzakirə edəcəyimiz bəzi məsələlər var", - XİN başçısı vurğulayıb.
“XeberTıme.az”