SON DƏQİQƏ

Azərbaycanlı uşaq və yeniyetmələr Əbu-Dabidə keçirilən idman yarışında medallar qazanıblar - FOTO

Tarix:5-03-2022, 19:01

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində Ciu-Citsu üzrə uşaqlar və yeniyetmələr arasında növbəti “Challenge Jio-Jitsu Festival” yarışı keçirilib. 
XeberTıme.az xəbər verir ki, BƏƏ-də yaşayan müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın təmsilçiləri yarışda iştirak ediblər. Uşaqlar arasında İsmayıl Məmmədov və Yasin Dadaşov qızıl (I yer), Umar Məmmədov gümüş (II yer), Ayxan Davud isə bürünc (III yer) medallara layiq görülüblər. 
Yeniyetmələr arasında yarışda İbrahim Məmmədov və Ömər Abdulla III yeri tutaraq bürünc medal qazanıblar. 
Diasporla İş üzrə Dövlət Komitəsi mötəbər yarışda ölkəmizi ləyaqətlə təmsil edən soydaşlarımızı təbrik edir, onlara təhsillərində və idman fəaliyyətlərində davamlı uğurlar arzulayır.

“XeberTıme.az” 




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ