SON DƏQİQƏ

Mədəniyyət sahəsində çalışan bir qrup xanım əməkdaşlar idarə rəisi tərəfindən təltif olunub- FOTOLAR

Tarix:7-03-2022, 10:22

Sumqayıt Regional Mədəniyyət İdarəsində çalışan bir qrup qadın əməkdaşlar 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində fəxri fərmanlarla təltif olunub.
XeberTıme.az xəbər verir ki, idarənin rəisi Rəşad Əliyev mədəniyyət sahəsində çalışan, bu sahəyə öz töhfəsini verən əməkdaşlara, regionun mədəni həyatında fəal iştirakına görə idarənin fəxri fərmanını təqdim edib.
R.Əliyev xanımları bayram münasibəti ilə səmimi qəlbdən təbrik edib, sağlam can, işlərində nailiyyətlər diləyib.
Sonda idarənin rəisi mükafatlandırılan əməkdaşlarla xatirə şəkili çəkdirib.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ