SON DƏQİQƏ

Kərim Əhmədəliyev adını daşıyan sinif şəhid anasını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etdi- FOTOLAR

Tarix:8-03-2022, 00:26

“Sonunu düşünən qəhrəman olmaz” lahiyyəsi ilə Sumqayıt şəhər 5 saylı tam orta məktəbin şəhid Kərim Əhmədəliyev adını daşıyan 3 A sinifinin bir sıra şagirdləri, valideynləri, sinif rəhbəri Xatirə  Fərmanova və məktəbin müəlliməsi Rəfiqə Abbasova Vətən müharibəsi şəhidi Kərəm  Əhmədəliyevin ailəsini ziyarət etdilər. 

Şəhid Kərim Əhmədəliyev adına 3 A sinifinin rəhbəri Xatirə Fərmanova və sinif şagirdlərinin adından xatirə olaraq Kərim Əhmədəliyevin uşaqlıq, tələbəlik illərini əks etdirən və ailə üzvüləri ilə birgə çəkilən rəsəmlərindən ibarət Xarı Bülbül stenti Tamilla anaya hədiyyə verildi.




Sinifin şagirdləri seirlər söylədilər, mahnı oxuyaraq Tamilla ananı 8 mart Beynəlxalq Qadınlar günü  münasibəti ilə təbrik etdilər. 





Tamilla Əhmədəliyeva Kərimin uşaqlıq, məktəb və tələbəlik illərindən xoş xatirələrdən danışdı.

 Kərimə biologiya fənnindən dərs deyən Rəfiqə müəllimə Kərimlə bağlı xoş sözlər danışdı və sinifin şagirdlərinə  Kərimin necə bir əlaçı, ictimaiyyətiçi, ağıllı şagird olmağından söhbət açdı.

 
Xatirə Fərmanova görüş barədə xoş təəssüratlarını bizimlə bölüşdü: 

- Mən qürurluyam ki  Kərim Əhmədəliyevin adını daşıyan sinifin rəhbəriyəm. Biz hər gün dərsimizi   Kərimin dediyi sözlərlə   başlayırıq: "Sonunu düşünən qəhrəman olmaz." Rəhbəri olduğum 3A sinifinin bir çox şagirdləri  gələcəkdə hərbiçi, zabit, general olmaq arzusu ilə yaşayırlar. Budu Vətəni sevməyi aşlamaq. Kərim savadlı, isdedadlı, xalqını, Vətənini sevən bir oğul idi. Onun timsalında şəhidlik zirvəsinə ucalan oğullar Vətənə bağlı oğullar idi. Bizim haqqımız yoxdur onları və onları böyüdən anaları unudaq. Bu gün Tamella xanımı sinif şagirdləri ilə birgə  8 mart  Beynəlxalq   Qadınlar bayramı münasibəti ilə təbrik etməyə gəldik. Hər bir şəhid anasının əllərindən öpürəm bağrıma basıram. Bayramınız mübarək əziz analar!

Yeganə Telmanqızı               
“XeberTıme.az”




 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ