SON DƏQİQƏ

Güləşçimiz erməni rəqibini məğlub edib finala yüksəldi

Tarix:9-03-2022, 00:38

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
XeberTıme.az  bildirir ki, Güləş Federasiyasından  verilən məlumata görə, 60 kq çəki dərəcəsində rəqib Ermənistan təmsilçisi Tiqran Minasyan olub.
Qarşılaşmanın əvvəlindən ardıcıl fəndlər tətbiq edən Məmmədli sona 63 saniyə qalmış 9:0 hesablı tam üstünlüklə qələbəni təmin edib.
Finalda onun rəqibi Vitali Yeryomenko (Moldova) - İrakli Dzimistraişvili (Gürcüstan) görüşünün qalibi olacaq.
Qeyd edək ki, 87 kq-da yer alan Laçın Vəliyev də bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də, final qarşılaşmaları isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. 63 kq-da Ziya Babaşov və 77 kq-da Xasay Həsənli müvafiq olaraq gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə çempionluq uğrunda mübarizə aparacaq.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ