SON DƏQİQƏ

İgid Komandir

Tarix:9-03-2022, 00:48

Şəhid Əliyev Həbib Fərhad oğlu 1959-cu il dekabırın 12-də Qərbi  Azərbaycanın Zəngibasar rayonunun Qaraqışlaq kəndində zəhmətkeş bir ailədə anadan olmuşdu. 
Orta  təhsilini də  elə  həmin  kənddə  almışdı .  Sonra    ailəsi  ilə  birlikdə  Goranboy  rayonunun  Qaradağlı  kəndinə  köçmüşdülər. 
Həbib    Goranboy  rayonundan  hərbi  xitmətə  çağırılmışdi. 
2 il hərbi  xidmətini  Macarıstanda keçdikdən  sonra  vətənə  qayıtmışdi. 1983- cü  ildə Bakı  şəhərinə  gəlmiş və  imtahan verərək  Azərbaycan  Bədən  Tərbiyəsi  və  İdman  İnsitutuna  qəbul  olmuşdu. Həbib  idmanla  mütəmadi  məşğul  olduğu  üçün  çox  çevik   idmançı  idi.
1988 - ildə   mənfur  düşmən  torpaqlarımızı  işğal  etməyə  başlayanda   Həbib də  dözə  bilməyib   iki körpə övladını ömür gün yoldaşı Qızbəs Vəliqızına tapşırıb  torpaqlarımızın  müdafiəsinə  qalxdı.
Vətəni qorumağı hər şeydən üstün tutan Həbib Əliyev  Goranboy  rayonunda  özünü  müdafiə  bataliyonunu  yaradanlardan  biri  oldu .
Könüllü  dəstələr  yığıb  rayonun  müdafiəsinə  qalxdılar. 
1990-  cı  ildə Goranboy  rayonunda könüllülər  batalıyonu  yarandı. Həbib bataliyon komandirinin  müavini idi. Bütün döyüşlərdə öndə gedirdi. 
Şaumiyan (indiki  Ağcakənd) rayonunu düşməndən azad etməkdə xüsusu fərqlənmişdi. O vaxt  qızğın döyüşlər gedirdi.
Bu  igidlərin səyi sahəsində Goranboy rayonu düşmənə bir qarış  da torpaq vermədi. 1992- ci  ildə Ağdərə rayonu uğrunda qızğın döyüşlər gedirdi. Gecə ikən onları mühasirəyə alan düşmənə  qalib gələrək mühasirəni yarıb çıxmışdılar. Həmin döyüşlərdə 2 əsgər şəhid olmuşdu.
Şəhidlərimizin cəsədlərini götürmək üçün yenidən döyüşərək geri dönmüşdülər.
Şəhidimizi mühasirədən çıxararkən Həbibb Fərhad oğlu snayper gülləsinə tuş gələrək şəhid oldu.  1992-ci il 19 iyulda şəhidlik zirvəsinə ucalan cəsur komandirin məzarı Goranboy rayonunun  Qaradağlı kəndindədir.
Həbib Əliyevin ömür - gün yoldaşı Qızbəs Vəliqızı iki oğlunu vətənpərvər ruhda boyutmuşdur. Onu da qeyd edim ki, Qızbəs xanım istedadlı şairdir.Bu günlərdə bu sətirlərin müəllifinin redaktorluğu ilə şəhid qəhrəman Həbib Əliyevin xatirəsinə həsr etdiyi şeirlər kitabını çap etdirmiş və geniş oxucu rəğbəti qazanmışdır.Səhidlərimizdən nə qədər yazsaq ,yenə də azdır.Axi biz şəhidlərə görə
rahat təhlükəsiz yaşayırıq.
Allahdan cəmi şəhidlərimizə  rəhmət diləyirik. 


Rauf İlyasoğlu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ