SON DƏQİQƏ

Şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır

Tarix:9-03-2022, 01:00

Şəhid Eyvazov Tofiq Ənvər oğlu 1958- ci ildə Ağdam şəhərində ziyalı ailədə anadan olmuşdur. O, Ağdamın Seyidli kəndinin Eyvazovlar sulaləsindəndir.
Həmin sülalə Ağdama Əli, Nurəddin, Heydər, Rəşid, Rizvan, Kamil, eləcə də şəhidimizin atası Ənvər Eyvazov kimi şəxsiyyətlər bəxş etmişdir.
Tofiq orta məktəbi sonra 50 nömrəli texniki peşə məktəbini bitirmişdir. O, 1976-78- ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa  vurduqdan sonra bir müddət Rusiyanın müxtəlif şəhərlərində işləmişdir. 1988- ci ildə erməni quldurlarınin törətdikləri fitnəkarlığa və ərazi iddialarına dözməyən Tofiq  Eyvazov hadisələrin kəskin xarakter aldığı vaxtda vətənə qayıtmış, işğalçılara qarşı mübarizə aparmışdır.
O, könüllü olaraq Əhmədavar kəndində yaradılan özünü müdafiə batalyona yazılır və Əsgəran, Xanabad və Xramort kəndləri uğrunda gedən qanlı döyüşlərdə iştirak edir, düşmənə qarşı mərdliklə vuruşur 1993- cu ildə azğınlaşmış ermənilərin Ağdam istiqamətində başladıqları güclü hücumunun qarşısını Tofiqgilin dəstəsi mərdliklə almışdır.
Ağdamın və ətraf rayonlarımızın müdafiə olunmasında, eyni zamanda Allahverdi Bağırovun,Şirin Mirzəyevin, Fred Asif Məhərrəmovun, "General"  təxəllüsü Ərşadın, Yaqub Rzayevin rəhbərlik etdiyi özünü müdafiə könüllü batalyonlarınin cəsur döyüşçüləri doğma yurdumuzu mərdliklə qoruyurdular.
Tofiq doğma qardaşı Rafiqlə ciyin- çiyinə düşmən qüvvələrinə qarşı döyuşürdülər.
1993- cu ilin  iyun ayında Ağdam rayonunun polis idarəsi tərəfindən təşkil olunmuş ərazi özünü müdafiə rotasına rəhbərlik edən Tofiq Eyvazov erməni quldurlarının bütün hücumlarının qarşısını fədakarlıqla alırdı.
1993 - cu ilin iyul ayında düşmən Əhmədavar kəndi istiqamətdə şəhərə doğru güclü hücuma keçmişdir. Bu qızğın döyüşdə Tofiqin qardaşı Rafiq Eyvazov ağır yaralandı. Lakin Tofiq döyüş mövqeyindən çıxmadı və yoldaşları ilə birlikdə kəndi tərk etməyəcəklərinə and içdilər.
İki saatdan artıq davam edən ağır döyüşlərdən sonra düşmən qüvvələri xeyli itki verərək geriyə  çəkilməyə məcbur oldu.
Həmin gun Tofiq gilin dəstəsi gecə kəşfiyyatından qayıdarkən minalanmış sahəyə düşdülər.
Mina partlayışı zamanı Tofiqin döyüş dostları həlak oldular. Tofiq isə ağır yaralandı. Onu hospitala gətirdilər. Lakin həkimlər nə qədər yardım etsələr də, Tofiqi xilas edə bilmədilər.
11 sentyabr 1993-cu ildə Tofiq Ənvər oğlu Eyvazov aldığı ciddi yaralardan gözlərini əbədi yumdu, əbədiyyata qovuşdu.
Belə cəsur, igid oğullarımızın qanı yerdə qalmadı. 44 günlük vətən müharibəsində şanlı ordumuz işğalçı erməni quldurlarını torpağımızdan qovdular.  Bu gün cəmi şəhidlərimizin  ruhu da rahatlıq tapdı.
İgid qəhrəmanlarımızın xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Rauf İlyasoğlu.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ