SON DƏQİQƏ

Zelenski: "Krım və Donbas məsləsini müzakirə edib, uzlaşa bilərik"

Tarix:9-03-2022, 09:45

“Krım və Donbasdakı insanların necə yaşayacaqları məsələsini müzakirə edib, uzlaşa bilərik”.
XeberTıme.az  xəbər verir ki, bunu Ukrayana Prezidenti Volodimir Zelenski ABŞ-ın “ABC News” telekanalına müsahibəsində jurnalistin Krımın və Donbasın tanınması ilə bağlı sualına cavabında bildirib.
“Rusiya hərbçilərinin qarşılarına qoyduğu çox ciddi tapşırıq var - bu gün buradadır (Ukraynanı nəzərdə tutur - red.), sabah Polşa, Almaniyada ola bilər.
ABŞ Prezidenti Cozef Baydenə ən əhəmiyyətli məsələnin hava məkanının təhlükəsizliyi olduğunu söylədim. Çünki bizi bombalayrılar. Dünən Rusiyanın bir raketi Xarkov şəhərində universitet binasına düşdü. Bu gün bizim başımıza gələn sabah başqalarının başına gələ bilər. Şərq canavarı olaraq tanınan Rusiya işğaldan doymayacaq.
Məktəblər, nüvə obyektləri bombalanır. Məni buna əmr verənləri də, onu icra edənləri də cinayətkar sayıram. Məni və ailəmi öldürmək üçün dəstələr göndəriblər. Ancaq mən Kiyevi tərk etməyəcəyəm”, - Volodimir Zelenski bildirib.


“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ