SON DƏQİQƏ

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunan tədbir keçirilib- FOTOLAR

Tarix:9-03-2022, 09:55

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunan tədbir keçirilib. 
XeberTıme.az Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin facebook səhifəsinə istinadən bildirir ki,  tədbirin əvvəlində məktəbin rəssamlıq şöbəsi şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub.Tədbir məktəbin müəllimləri və şagirdlərindən ibarət konsert proqramı ilə davam edib.Konsert proqramı bir-birindən maraqlı musiqi nömrələri ilə zəngin idi. Konsertdə məktəbin şagirdlərindən Paşayev Paşa(tar), Zorikov Artyemiy (fortepiano), Məmmədzadə İmran(skripka) və Əzizov Yusif(xanəndə) çıxış ediblər.
Konsert müəllimlərdən ibarət ansaml ilə davam edib.Saz müəllimi Nurlan Məmmədli və xanəndə Əkbər Əkbərov gözəl ifaları ilə hər kəsin zövqünü oxşadı.
 Konsert Asəf Amanovun rəhbərliyi ilə “Ümid” rəqs kollektivinin və Əməkdar müəllim Firəngiz Xəlilovanın rəhbərlik etdiyi “Şəfəq“ xor kollektivin çıxışı ilə yekunlaşdı.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ