SON DƏQİQƏ

Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Beynəlxalq Qadınlar günü münasibətilə konsert təşkil edilib- FOTOLAR

Tarix:10-03-2022, 14:17

Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi tabeli müəssisələrlə birlikdə 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar “Bəşəriyyət qadınla yüksələcək” adlı konsert keçirib.
Konsertin aparıcıları Amil Babayev və Elvin Əlizadə xanımları təbrik etdikdən sonra sözü musiqiçilərə veriblər. 
Müğənnilər aşıq Elməddin Məmmədli, Toğrul Məmmədov, Təranə Nurlu, Aydan Salahova, Zaur Yusifli, qiraətçilər Əliağa Tapdıqlı, Əli Hüseynov və “Veteranlar” xalq xor kollektivi, “Turan” rəqs qrupunun çıxışları dinlənilib.
Sumqayıt Dövlət Dram Teatrının aktyorları Yalçın Səlimov və Akif Mirzəyev isə  yumoristik səhnə ilə bayram konsertinə rəng qatıblar.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ