Raya Məlikova- “Uşaqlar sevinərsə Dünya sevinər!”
Novruz bayramı ərəfəsində “Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova xeyirxah misyasını davam etdirərək yeni bir xeyirxah addımı atdı. Beləki 05.03.2022-ci il tarixində valdeynlərini itirmiş uşaqları sevindirərək Bakı turunu təşkil etdi. Ziyarət Bibiheybət ziyarətgahından başlandı. Burada iş adamı, xeyriyyəçi Mirazad Xurşudov körpə fidanlara torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğul və qızlarımız haqqında, onların keçdiyi şərəfli döyüş yolundan danışdı. Ruhuna dualar oxudu və ailələrinə Ulu yaradandan səbr dilədi.
Sonra dənizkənarı Milli parkda yerləşən Hərbi Qənimətlər Parkından sərgilənən müharibə texnikası haqqında uşaqlara geniş məlumat verildi və burada nümayiş etdirilən texniklar göstərildi. Uşaqlar parkın yaranma tarixi ilə tanış oldular və burada nümayiş olunan “Qarabağ Azərbaycandır!” filimini izlədilər.
Uşaqlar bol-bol əylənməsi üçün kafeyə gəldilər. Burada onlar üçün ayarlanan masada ləziz yeməklər yedilər, şirələr içib, tort kəsdilər, oynadılar və deyib güldülər.
“Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova Bakı turu haqqında özəl fikirlərini “XeberTıme.az” informasiya portalı ilə bölüşdü:
- Uşaqlar sevinərsə Dünya sevinər!
Valdeynlərini itirmiş uşaqlar digər uşaqlardan fərqli olaraq qayğıdan, sevgidən uzaqdırlar. Bu gün 14 valdeynlərini itirmiş uşaqların gəzintisini təşkil etməyimizdə əsas məqsədimiz onlara azda olsa qayğı göstərmək, onları sevindirməkdir. Biz hər zaman bu uşaqları diqqətimizdə saxlayırıq və bundan sonra da qayğılarını çəkəcəyik. Sayıtınız vasitəsi ilə bu günki tədbirimizdə zəhməti əməyi olan xeyriyyəçi Mirazad Xurşudova, Namidar Məmmədova, Gülşən Qurbanovaya və sizə Yeganə xanım öz dərin təşəkkürümü bildirirəm.
Yeganə Telmanqızı
“XeberTıme.az”