SON DƏQİQƏ

Uşaq musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqələrdə fəallıq göstərib- FOTO

Tarix:10-03-2022, 23:46

XeberTıme.az Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin facebook səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Aydan Əliyeva və İsmayıl Şahbazlı Belarusiyanın Minsk şəhərində onlayn formatda keçirilən “Sozvezdiye Evrope-Azia.Winter Tune” adlı Beynəlxalq musiqi festivalında nailiyyət qazanıblar.Müsabiqədə 4-cü sinif şagirdi Aydan Əliyeva fortepiano ixtisası üzrə öz yaş kateqoriyasında Laureat adını qazanaraq 1-ci yerə, 3-cü sinif şagirdi İsmayıl Şahbazlı Laureat adını qazanaraq 2-ci yerə layiq görülüb.
Şagirdləri festivala müəllimləri Gülbəniz Həsənova hazırlayıb.
 
“XeberTıme.az”



 

 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ