SON DƏQİQƏ

Abşeron rayon Mədəniyyət Mərkəzininin müəssisələri tərəfindən şəhid anası yad edilib- FOTO

Tarix:10-03-2022, 23:51

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Mədəniyyət Mərkəzinin filial müəssisələri Fatmayı kənd Diyarşünaslıq klubunun, Mehdiabad  qəsəbə Diyarşünaslıq evinin, Gorədil kənd Folklor klubunun əməkdaşları şəhid anasını yad ediblər.
Şəhid Ələsgər Elxan oğlu Cavadov Vətən müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək Şuşa istiqamətində vuruşaraq, döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra "Vətən uğrunda", "Cəsur  döyüşçü", "Şuşanın azad  olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına  görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Şəhid anası oğlu ilə bağlı xatirələrini bölüşüb. Müəssisə əməkdaşları Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan qəhrəmanların xatirəsini daim əziz tutacaqlarına söz veriblər. 
Allah rəhmət eləsin!

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ