SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi- FOTO\VİDEO

Tarix:13-03-2022, 00:43

"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-15:50-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.
12.03.2022-ci il tarixində efirə gedən "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114 və 116-cı maddələrini əhatə edən “Qüsurlu uşaqların təhsil alması” mövzusu ilə bağlı fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:                                                                                      
1. Jalə Abışova- Hüquqmüdafiəçisi.                           
 

2. Cəlil Mahmudov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil

 
3. Qələndər Muxtarlı – Hüquqmüdafiəçisi.
  

Verlişin informasiya dəstəyi “XeberTıme.az”“dünyatv.az” sayıtlarına məxsusdur.                                         

Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.   

Yeganə Telmanqızı 
 “XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ