SON DƏQİQƏ

Bu gün Vətən müharibəsinin cəsur döyüşçüsü şəhid Ruslan İmanquliyevin doğum gündür-FOTO

Tarix:15-03-2022, 00:00

Şəhidlər- dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçisidir.                                                                 Yaşasaydı bu gün Vətən müharibəsi şəhidi Ruslan İmanquliyevin 26 yaşı tamam olurdu. Ramiyyə ananın  yeganə övladı olan Ruslan İmanquliyev 1996-ci il 14 mart tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 2003-cü ildə Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2012-ci ildə həmin məktəbin 9-cu sinifini orta təhsillə bitirmiş və 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olmuşdur və 2015-ci ildə “Telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirmişdir. O, 2015-ci il iyun ayında həqiqi hərbi xidmətə çağırılır və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edir.            
Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında  onu Azərbaycan Silahlı Qüvvələri sıralarına  qayıtmağa sövq edir. Priküşkül qəsəbəsində N saylı hərbi hissədə MAHHXH  qulluqçusu vəzifəsində işləməyə başlamışdır. 2020-ci il 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsinin ilk gündən düşmənlə qarşı- qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşur. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şücaətlik göstərmişdir.                                               
2 oktyabr... Ruslan İmanaquliyevin son döyüşü. Fizuli istiqamətində gedən ağır döyüşlərdə şücaətlə vuruşur və boyun nahiyyəsindən vurulur, qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 3 oktyabrda Ruslan son mənzilə yola salındı. Sumqayıt şəhər Şəhidlər Xiyabanında tarix yazaraq əbədiyyətə qovuşdu.        
Ali Baş Komandan İlham Əliyev vəzifə borcunu şərəflə yerinə yetirmiş İmanquliyev Ruslan Natiq oğlunu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 

Ruslan İmanquliyevin doğum günü Sumqayıt şəhər Şəhidlər Xiyabanından başlandı. Şəhidin məzarı şəhidin ailə üzvüləri, şəhid anaları, yaxınlar tərəfindən ziyarət olunaraq ruhlarına dualar oxundu. 

Mərasim iştirakçıları Allahdan şəhid Ruslan İmanquliyevə və anası Ramiyyə Səfərovaya Allahdan  rəhmət yaxınlarına səbr dilədilər!                                                      
Yeni yaşın mübarək əbədiyaşar şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ