SON DƏQİQƏ

Vətən müharibəsi şəhidi Abdullah Əhmədovun ailəsini ziyarət edilib.

Tarix:15-03-2022, 00:28

Sumqayıt Regional Mədəniyyət İdarəsi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinə tabe olan Corat mədəniyyət evi Vətən müharibəsi şəhidi Abdullah Hacıəhməd oğlu Əhmədovun ailəsini ziyarət edib. Qeyd edək ki, ziyarət şəhidin doğum gününə təsadüf edib.
Mədəniyyət evinin kollektivi Corat qəsəbəsində şəhidin adına olan abidə, sonra şəhidin evinə baş çəkib. 
Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb. 
Kollektiv adından şəhidin sulu boya ilə çəkilən portreti ailəsinə təqdim olunub.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ