SON DƏQİQƏ

Dayanıqlı moda-tekstilin gələcəyi” adlı sərgi keçirilib- FOTOLAR

Tarix:15-03-2022, 00:35

2021-ci ildə Avropa İttifaqının “EU 4Culture” proqramı əsasında qurumun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması mövzusunda Qrant müsabiqəsi keçirilib. Şərq tərəfdaşlığına aid olan 5 ölkənin 70 şəhərinin qatıldığı Qrant müsabiqəsinin ölkəmiz üzrə 3 qalib şəhərindən biri Xırdalan şəhəridir.
Xırdalan şəhərinin tarixində, həmçinin Azərbaycanın 1606 yerli özünüidarə qurumu arasında ilk dəfə olaraq Xırdalan Bələdiyyəsi Avropa İttifaqının “EU 4Culture” müsabiqəsinin qalibi olub.
“EU 4Culture” layihəsinin əsas məqsədi mədəni irs nümunələri sayılan kitabxana, muzey və digər mədəniyyət ocaqlarının fəaliyyətində Avropa modellərinin tətbiq edilməsi, şəhərlərin mədəniyyət potensialının realizə olunmasına yardım göstəriməsi, həmçinin, regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verilməsidir. Layihənin davamı olaraq, martın 11-də Abşeron rayon Mədəniyyət Mərkəzində Abşeron Rayon İcra Hakimiyyəti, Xırdalan şəhər Bələdiyyəsi və İsveçin Azərbaycandakı Səfirliyinin dəstəyi və Sumqayıt Regional Mədəniyyət İdarəsi ilə əməkdaşlıq çərçivəsində “Dayanıqlı moda-tekstilin gələcəyi” adlı sərgi nümayiş olunmuşdur.
İlk olaraq qonaqlar tərəfindən qırmızı lent kəsilib. Sərgidə Xırdalan Bələdiyyəsinin sədri Orxan Musayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, İsveçin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kristian Kamill, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və başqa qonaqlar iştirak etdilər.
Sərgi ziyarətçilərə açıq elan olunduqdan sonra qonaqlar sərgi ilə tanış olub. Sərgi haqqında ümumi məlumatı “Dayanıqlı moda-tekstilin gələcəyi” adlı sərginin kuratoru Könül Rəhimova verib. Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ