12 mart 2022-ci il tarixində Bakı Gənclər Mərkəzində Qol güləşi üzrə Ölkə Birinciliyi yarışı keçirildi.Gənclər və yeniyetmələr arasında keçirilən yarışda 14-21 yaş arasında 11 çəki dərəcəsində 200-dən artıq idmançılar iştirak edirdi. Ölkə Birinciliyi yarışında Azərbaycanın müxtəlif bölgələrindən, Bakı şəhəri və Bakı ətrafı kəndlərdən, Sumqayıt şəhərindən idmançılar qatılmışdır.
Sonda sağ və sol qol güləşi üzrə I-II-III yerləri tutan idmançılar diplom və medalla mükafatlandırıldı.
Xatırladaq ki, yarışda 10 hakim iştirak edirdi, yarışın baş hakimi Beynəlxalq dərəcəli hakim Kamran Qurbanov idi.
AQGF-nın prezidenti, AAF-nın vitse-prezidenti Cəsarət Əhmədov “XeberTıme.az” informasiya portalına müsahibəsində bildirdi:
- Fedarasimazın idmançıları digər federasiyanın idmançılarından fərqlənir. İdmançılarımız bu günki yarışa Olkə birinciliyinə xüsusi hazırlaşıblar. Fedarasimazın bütün məşqiçi müəllmiləri potensiyallı və statoslu, dünya arenalarında öz sözünü deyən idmaçılardır. Onların hər biri gələcəyin çempionlarını, ən əsasıda Azərbaycan üçün dəyərli, vətənəpərvər, xalqını sevən bir cəmiyyətin nümayəndələrini yetişdirirlər. Bizim məqsədimiz vətənpərvər Azərbaycan gəncliyini formalaşdırmaqdır.
Yaxın zamanda qardaş Türkiyə Respublikasında sifariş verdiyimiz yeni medalların istehsalına başlanacaq, artıq yarışlarımızda idmançılarımıza yeni medallar təqdim olunacaq. Buda idmançılarımızı qələbədən-qələbəyə apararaq ruhlandıracaq. Yarışlarda hər zaman qərarlarımız ədalətlidir və buda idmançılarımızı nöəvbəti yarışlarda iştirak etməyə ruhlandırır. Yeganə xanım əlimizdən nə gəlirsə idmançılarımız üçün edirik və bundan sonrada edəcəyik. Azərbaycan Qol Güləşi Fedarasiyasının bütün idmançıları bütöv bir Azərbaycandır!
AQGF-nın yeniyetmələrdən ibarət yığma komandanın baş məşqiçisi Zöhrab Məhsimov yarış haqqında fikirlərini bizimlə bölüşdü:
- Bu gün ki yarış gənclər və yeniyetmələrdən ibarət Ölkə birinciliyinin keçirilməsinin əsas məqsədi qalib gələn idmançılar qarşıdan gələn Avropa və Dünya çempionatlarına lisenziya qazanacaqdır. Özünüzdə görürsünüz ki, yarış çox şəfaf və gözəl keçir. Artıq ikinci ildir ki, yarışa 45 kq-dan ibarət idmançılarda qatılır və bu yarışda hər çəki kataqoryasından idmançılar iştirak edir. Böyüməkdə olan nəslə tövsiyə edərəm ki, sağlam vətənpərvər ruhda böyüsünlər, gənclərimiz, yeniyetmələrimiz idmanla məşğul olub dünya arenalarında sözünü deyərək bayrağımızı dalğalandırıb, himnimizi səsləndirsinlər.
Zöhrab müəllim Qol Güləşi idman növü bütün ölkələrdə və həmçinin bizim ölkəmizdə də sevilən idman növlərindəndir. Amma bu yarışda xanım idmançılara rast gəlmədim.
- Bizim federasiyamızın xanım idmançıları var. Sadəcə o xanım idmançılar gənclərin və yeniyetmələrin yarışlarına yox, böyüklər arasında keçirilən yarışlara qatılırlar. Böyüklər arasında xanım idmançılarımız var ki, dəfələrlə Dünya və Avropa çempionudurlar. İnşallah may ayında keçirilən yarışlarda xanım idmançılarımız iştirak edəcəklər.
Yeganə Telmanqızı
“XeberTıme.az”