14.03.2022-ci il tarixində Bakı şəhərində şəhid ailə üzvləri ilə görüş keçirildi. II Qarabağ müharibəsi ölkəmizin parlaq qələbəsi ilə başa çatdı. Bu müharibəni dünya hərb tarixində dönüş olaraq da dəyərləndirirlər. Müharibədə əsas fərqlənən isə Pilotsuz Uçuş Aparatları (PUA) və Xüsusi Təyinatlı Qüvvələrin rolu qeyd edilir. Xüsusi Təyinatlı Qüvvələr arasında birini isə fərqləndirmək lazımdır- “Yaşma”. Müharibə gedişində, həm də müharibədən sonra “Yaşma”nın erməniləri qorxuya salması, onların kabusuna çevrilməsi ilə bağlı həm yerli, həm də xarici mediada müxtəlif fikirlər, yazılar dərc olundu.
“Əfsanəvi Tabor” adlı tədbirin təşkil olunmasında da məqsəd bu hərbi hissənin 1-ci taborunun şəhid olmuş 13 qəhrəmanının xatirələrini yad etmək, ailə üzvlərinə mənəvi dəstək olmaq idi. Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, ”Azərbaycan Vətənpərvərlər” partiyasının sədri Elvin Mahmudzadə, ilahiyyatçı Elşad Miri, QHT sədri Tural Əfəndiyev, şəhid ailə üzvləri, qazilər, ictimai xadimlər, media nümayəndələri iştirak etdilər. Tədbir zamanı “Əfsanəvi Taborun” qəhrəmanlarının həyat yolundan bəhs olunan filmlər nümayiş olundu. Daha sonra “Əfsanəvi Taborun” ailə üzvləri qəhrəmanlarından danışdılar.
“XeberTıme.az”



