SON DƏQİQƏ

Abşeron rayonunda “Zəfər müjdəli Novruz”adlı bayram tədbiri keçirilib

Tarix:16-03-2022, 08:42

Martın 15-də Abşeron rayon Mədəniyyət Mərkəzində “Zəfər müjdəli Novruz” adlı bayram tədbiri keçirilib. 
Tədbirin 1-ci hissəsi Mədəniyyət Mərkəzinin Novruz atributları və rəmzləri ilə bəzədilmiş çöl hissəsində baş tutub. 
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin  də qatıldığı şənlik qədim adət-ənənələrimizə uyğun olaraq Dədə Qorqudun müdrik kəlamları, alqış və xeyir-duası ilə açıq elan edilib. Bahar qızı, Kosa və Keçəlin iştirakı ilə keçirilən bayram tədbirində şəhid övladı və qazilər Novruz tonqalını qalayıblar.
Tamaşaçıların alqışları ilə milli geyimli qızlar və oğlanlar tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.
Sonra Abşeron rayon Mədəniyyət Mərkəzinin foyesində uşaq və incəsənət məktəbinin üzvlərinin əl işləri, rəsm əsrləri nümayiş etdirilib.
Milli geyimli qızlar bayram xonçalarını nümayiş etdirib, şənlik iştirakçılarını ənənəvi şirniyyata qonaq ediblər.
Abşeron Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan konsert proqramında tanınmış incəsənət ustaları mahnılar oxuyub, bayrama aid şeirlər deyiblər.
Bayram tədbirində bildirilib ki, xalqımız qədim türk məişətini, əxlaqını, inancını və bədii zövqünü özündə cəmləşdirən Novruz Bayramı ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz şənliyi incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam edib.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ