SON DƏQİQƏ

Uşaq incəsənət məktəbinin şagirdləri müsabiqədə uğur qazanıb

Tarix:16-03-2022, 08:50

XeberTıme.az  Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin facebook səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsininə tabe olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin şagirdləri Qazaxıstan Respublikasının Nursultan şəhərində onlayn formatda keçirilən Beynəlxalq musiqi müsabiqəsində iştirak ediblər. Müsabiqədə fortepiano ixtisası üzrə 2-ci sinif şagirdləri Esma Lütfi qızı Soylu 1-ci dərəcəli, Dərya Elxan qızı Səmədli 2-ci dərəcəli Laureat adlarını qazanaraq diplomla təltif olunublar.Şagirdləri müsabiqəyə müəllimi İradə Ənvər qızı Qədirli hazırlayıb.

“XeberTıme.az”  


 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ