Görüş zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, şəhid anası oğlu ilə bağlı xatirələrini bölüşüb. Müşfiq Abbas oğlu Bəktiyev Vətən müharibəsində Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Müşfiq Bəktiyev ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Müəssisə əməkdaşları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan qəhrəmanların xatirəsini daim əziz tutacaqlarını bildiriblər.
Allah rəhmət eləsin!
“XeberTıme.az”


